Home » DOST Agentliyi inzibati binaların əsaslı təmirinə 7.3 mln. manat xərcləyəcək

DOST Agentliyi inzibati binaların əsaslı təmirinə 7.3 mln. manat xərcləyəcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi (DOST Agentliyi) regionlarda yerləşən inzibati binaların əsaslı təmir işlərinin satın alınması məqsədilə bir neçə açıq müsabiqə elan edib.

Məlumata görə, ilk müsabiqə Salyan və Hacıqabul rayonlarında, həmçinin Biləsuvar şəhərində yerləşən DOST Agentliyinin filial binalarının əsaslı təmir işlərini əhatə edir. Bu müsabiqə üzrə ehtimal olunan qiymət 2 milyon 415 min manat təşkil edir.

Digər müsabiqə Qax, Zaqatala və Qəbələ şəhərlərində yerləşən DOST Agentliyinin inzibati binalarının əsaslı təmiri ilə bağlıdır. Sözügedən satınalma üzrə ehtimal olunan dəyər 2 milyon 671 min manat olaraq müəyyən edilib.

Üçüncü açıq müsabiqə isə Xaçmaz və Qusar şəhərlərində yerləşən inzibati binaların əsaslı təmirini nəzərdə tutur. Bu müsabiqənin ehtimal olunan qiyməti 2 milyon 180 min 403 manatdır.

Qeyd edək ki, hər üç müsabiqə üzrə satınalan təşkilat “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.