Home » “Xalq Bank” 5 milyon manatlıq istiqraz emissiyası ilə kapital bazarındakı mövqeyini gücləndirir

“Xalq Bank” 5 milyon manatlıq istiqraz emissiyası ilə kapital bazarındakı mövqeyini gücləndirir

by Zeyneb
0 comments 2 views 1 minutes read

ASC “Xalq” Bankı kapital bazarında mövqeyini gücləndirmək və gəlir mənbələrini diversifikasiya etmək məqsədilə yeni istiqraz emissiyasını elan edib.

Bankın təqdim etdiyi emissiya prospektinə əsasən, nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqraz buraxılması nəzərdə tutulur ki, bu da ümumilikdə 5 milyon manatlıq emissiya həcminə bərabərdir.

“Xalq Bank”ın istiqrazları üç il müddətinə illik 8% faiz dərəcəsi ilə təklif olunacaq.

Bank ənənəvi faiz gəlirlərindən asılılığı azaltmaq və qiymətli kağızlar bazarından əldə etdiyi gəlirlərin payını artırmaq niyyətindədir. Bu məqsədlə qiymətli kağızların alqı-satqısı üzrə əməliyyatların avtomatlaşdırılması və “Xalq Online” platformasına inteqrasiyası üçün texnoloji infrastrukturun təkmilləşdirilməsi planlaşdırılır.

Bundan başqa, kommersiya bankı cəlb etdiyi vəsaitlərin diversifikasiyası ilə likvidlik risklərindən qorunmağı hədəfləyir.

Bankın 2024-cü il üzrə xalis mənfəəti 65,8 milyon manatdan çox olub. İl sonu üzrə cəmi aktivlər təxminən 3,04 milyard manat, cəmi kapital isə 501 milyon manat təşkil edib.

Bu addımlar “Xalq Bank”ın bazardakı mövqeyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.