0

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.6 milyon manat təşkil edib.
Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 24.2% və ya 108.5 milyon manat artım göstərir.
Ötən 1 il ərzində isə problemli kreditlərin həcmi 12.3% və ya 61 milyon manat çoxalıb.





