2

Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 393,3 milyon manat kredit verilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin həcmi 4,7% azalma ilə 399,4 milyon manat təşkil edib.
İKZF-nin ilin ərzində istiqraz buraxmaqla cəlb etdiyi vəsait 10% artaraq 550 milyon manata yüksəlib. Eyni zamanda, fonda dövlət büdcəsindən ayrılan vəsait isə 8,9% azalaraq 79,9 milyon manata enib.





