
“Oxford Insights” şirkətinin 2025-ci il üçün hazırladığı hökumətlərin süni intellektin (AI) tətbiqinə hazırlıq indeksinə əsasən, Azərbaycan reytinqdə 111-ci pillədən 70-ci pilləyə yüksəlib.
BBN.az xəbər verir ki, ölkənin ümumi balı 48,96 təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 39,92 olub.
İndeks çərçivəsində Azərbaycan aşağıdakı kateqoriyalar üzrə ballar toplayıb:
-
Dövlət siyasəti potensialı – 53,5
-
AI infrastrukturu – 46,21
-
İdarəetmə – 50
-
Dövlət sektorunda AI-nin tətbiqi – 66,97
-
İnkişaf və yayılma – 34,73
-
Dayanıqlıq – 58,27
Azərbaycan süni intellekt tətbiqi indeksində Cənubi Qafqaz ölkələri arasında lider, Mərkəzi Asiya ölkələri arasında isə üçüncü yerdədir. Müsabiqədə digər ölkələrin mövqeləri belədir:
-
Ermənistan – 37,17 bal (108-ci yer)
-
Gürcüstan – 43,1 bal (84-cü yer)
-
Qazaxıstan – 55,86 bal (60-cı yer)
-
Özbəkistan – 54,69 bal (62-ci yer)
-
Tacikistan – 27,37 bal (135-ci yer)
-
Qırğızıstan – 33,69 bal (116-cı yer)
-
Türkmənistan – 20,75 bal (166-cı yer)
Cənubi və Mərkəzi Asiya regionunda (regionun qlobal reytinqi – 6-cı yer, orta bal – 41,41) Azərbaycan 5-ci yeri tutur və Hindistan (67,9 bal), Türkiyə (58,1 bal), Qazaxıstan və Özbəkistandan sonra gəlir. Eyni zamanda, Azərbaycan Banqladeş (47,4), Pakistan (46), Şri-Lanka (44,4), Butan (38,6), Nepal (37,5), Maldiv adaları (25,9) və Əfqanıstanı (16,4) qabaqlayır.
Bu yüksəliş Azərbaycanın süni intellekt sahəsində siyasət, infrastruktur və idarəetmə sahəsində atdığı önəmli addımların göstəricisidir.







