Home » Azərbaycan “ACWA Power” ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

Azərbaycan “ACWA Power” ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisinin və elektrik şəbəkəsinə qoşulmasının uğurla başa çatdığı müzakirə edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Müzakirələr energetika naziri Pərviz Şahbazovun “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşü zamanı aparılıb.

Görüşdə “ACWA Power” Azərbaycanın enerji sektorunda mühüm tərəfdaş kimi qiymətləndirilib, bu əməkdaşlığın Səudiyyə Ərəbistanı ilə mövcud qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğu vurğulanıb.

Bildirilib ki, hazırda şirkətlə birgə həyata keçirilən və strateji əhəmiyyət daşıyan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasıdəniz suyunun duzsuzlaşdırılması layihələri enerji təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından mühüm rol oynayır. Külək elektrik stansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla yekunlaşdığı, bu prosesdə səmərəli birgə əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.