Home » Bu sənədləri də “mygov”dan almaq mümkün olacaq

Bu sənədləri də “mygov”dan almaq mümkün olacaq

by Zeyneb
0 comments 2 views 1 minutes read

Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalara əsasən, təhsil haqqında dövlət sənədləri artıq rəqəmsal formatda veriləcək və tam hüquqi qüvvəyə malik olacaq.

Qərar ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomları, attestatları, sertifikatları və onlara əlavə olunan sənədləri əhatə edir. Bununla da, təhsil sənədlərinin təqdim edilməsi prosesi tamamilə rəqəmsal müstəviyə keçirilir ki, bu da vətəndaşlar üçün rahatlığı artırmaqla yanaşı, təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verəcək.

Məlumata görə, vətəndaşlar təhsil sənədlərini “mygov” platforması üzərindən təqdim edə biləcəklər. Platformada “Xidmətlər” bölməsindən “Təhsil” kateqoriyasını seçməklə müvafiq sənəd və məlumatlara çıxış əldə etmək mümkündür. Eyni zamanda, “mygov” tətbiqi vasitəsilə təhsil məlumatlarını QR kodla paylaşmaqPDF formatında yükləmək imkanı da yaradılıb. “Paylaşdığım məlumatlarım” bölməsi vasitəsilə isə sənədlərin nə vaxt, kimlə və hansı platformada paylaşıldığını izləmək mümkündür.

Qeyd edilib ki, İRİA-nın Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində indiyədək bir sıra təhsil məlumatları rəqəmsallaşdırılaraq “mygov” platformasına inteqrasiya olunub. Hazırda platformada diplom və xarici diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, dövlət və hökumətlərarası təqaüd proqramları üzrə təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri, cari təhsil məlumatları və imtahana buraxılış vərəqəsi kimi sənəd və məlumatlar vətəndaşlara təqdim olunur.

Bildirilib ki, sənəd və məlumatların əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.