Home » Fars körfəzi ölkələri 2025-ci ilin ilk yarısında Azərbaycana 606 milyon dollar investisiya yatırıb

Fars körfəzi ölkələri 2025-ci ilin ilk yarısında Azərbaycana 606 milyon dollar investisiya yatırıb

by Zeyneb
0 comments 1 views 2 minutes read

2025-ci ilin birinci yarısının yekunlarına əsasən, Fars körfəzi ölkələri Azərbaycana ümumilikdə 606 milyon ABŞ dolları həcmində investisiya qoyub.

BBN.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) “Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili” adlı hesabatında bildirilib.

Hesabata görə, Körfəz ölkələrinin Avrasiya regionuna investisiyaları yüksək templə artmaqdadır. 2025-ci ilin ilk yarısında regiona yönələn investisiyaların ümumi həcmi 23,9 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2016-cı illə müqayisədə 3,2 dəfə, 2023-cü illə müqayisədə isə 60% çoxdur.

Cari ilin ilk altı ayında Körfəz investorları ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları olan 10 yeni layihəyə start verib. Layihələr tam reallaşdırılarsa, onların ümumi dəyəri 6,5 milyard dolları ötəcək.

2016-cı ildən etibarən aktiv layihələrin sayı 55-ə çatıb. 2025-ci ildə Özbəkistanda 5, Qazaxıstanda 3, Azərbaycanda isə 2 yeni layihənin icrasına başlanılıb.

Avrasiya regionuna investisiya qoyuluşu üzrə əsas liderlər Birləşmiş Ərəb Əmirlikləri (68% və ya 16,1 milyard ABŞ dolları), Səudiyyə Ərəbistanı (18% və ya 4,2 milyard ABŞ dolları), Qətər (10% və ya 2,4 milyard ABŞ dolları) və Oman (5% və ya 1,1 milyard ABŞ dolları) olub.

EDB qeyd edir ki, Körfəz ölkələrindən investisiyaların təxminən 96%-i Mərkəzi Asiya ölkələrinə yönəlib. Regionda ən az investisiya cəlb edən ölkələr sırasında Azərbaycan (606 milyon dollar), Ermənistan (174 milyon dollar), Gürcüstan (157 milyon dollar) və Qırğızıstan (75 milyon dollar) yer alır.

Azərbaycanda BƏƏ-nin “Masdar” şirkəti tərəfindən iki iri günəş enerjisi layihəsi həyata keçirilir. Neftçala rayonunda 315 MVt gücündə günəş elektrik stansiyasına 383 milyon dollar, Biləsuvar rayonunda isə 445 MVt gücündə layihəyə 283 milyon dollar investisiya qoyulacaq.

Sahəvi struktur baxımından Körfəz ölkələrinin əsas investisiya istiqamətləri neft-qaz və elektrik enerjisi sektorudur. Ümumi investisiyaların 43%-i Türkmənistanda neft hasilatı layihəsinə, 35%-i isə Özbəkistan və Azərbaycanda elektrik enerjisi, əsasən bərpa olunan enerji layihələrinə yönəlib.

Hesabatda vurğulanır ki, son illərdə ərəb investorları aktivlərin şaxələndirilməsi istiqamətində daha fəal davranır və Azərbaycan, Gürcüstan və Ermənistanda yeni investisiya imkanlarını araşdırırlar.

Səudiyyə Ərəbistanının investisiya portfelində əsas pay Özbəkistana məxsusdur. Bu ölkəyə yönələn yatırımlar ümumi investisiyaların təxminən 93%-ni təşkil edir, qalan hissə isə Azərbaycana istiqamətlənib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.