Home » SOCAR İstiqrazları üzrə növbəti kupon ödənişi həyata keçirilib

SOCAR İstiqrazları üzrə növbəti kupon ödənişi həyata keçirilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazları üzrə 1 milyon 125 min ABŞ dolları məbləğində növbəti kupon ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.

Məlumata görə, Emissiya Prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününə təsadüf etdikdə növbəti ilk iş günü icra olunur. 17-ci kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı ümumi gəlir 19 milyon 125 min ABŞ dollarına çatıb. Tədavül müddətinin sonunda isə toplam gəlirin 22,5 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Hazırda tədavüldə olan SOCAR istiqrazları ilə Bakı Fond Birjasında 97,3 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1 612 əqd bağlanıb. Ümumilikdə, 2016-cı ildən bu günədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 53 milyon 125 min ABŞ dolları həcmində faiz ödənişi həyata keçirilib.

İkinci SOCAR İstiqrazlarının növbəti kupon ödənişi tarixi 1 may 2026-cı ildir.

Qeyd olunur ki, 10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna malik SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yerləşən köşklərdən, eləcə də Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün 1999 çağrı nömrəsinə zəng etmək və ya socaristiqraz.az, socarcapital.az internet səhifələrinə müraciət etmək olar.

Rəsmi məlumatların yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkədə qeydiyyatdan keçmiş investisiya şirkətləri, göstərilən çağrı nömrəsi və veb-saytlar vasitəsilə əldə olunması tövsiyə edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.