Home » Nazirlər Kabineti daşınmaz əmlakın dövlət qeydiyyatı prosedurunda dəyişiklik edib

Nazirlər Kabineti daşınmaz əmlakın dövlət qeydiyyatı prosedurunda dəyişiklik edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişiklik 5 oktyabr 2015-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nı əhatə edir.

Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərdə torpaq sahəsinin kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlarla uyğun gəlmədikdə, qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili aparılacaq.

Araşdırmanın nəticəsində təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiqlənərsə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.

Qeyd edək ki, dəyişiklik daşınmaz əmlakın qeydiyyatı prosesində məlumat uyğunsuzluqlarının aradan qaldırılması və prosedurun daha dəqiq tənzimlənməsinə xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.