Home » Türk dövlətləri arasında yeni Əməkdaşlıq üzrə yol xəritəsi təsdiqlənib

Türk dövlətləri arasında yeni Əməkdaşlıq üzrə yol xəritəsi təsdiqlənib

by Aytac
0 comments 0 views 1 minutes read

Türküstanda (Qazaxıstan) Türk Dövlətləri Təşkilatı (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib.

Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşün əsas nəticəsi investisiya və ticarət sahəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üzrə praktiki addımların razılaşdırılması olub.

Müzakirələrdə beş dövlətin nümayəndə heyətlərinin rəhbərləri – Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Asan Darbayev, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Sultan Axmatov, Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak və Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev, həmçinin TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev və Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev iştirak ediblər.

İclasda təşkilata üzv dövlətlər arasında iqtisadiyyat, ticarət, investisiya və maliyyə sahələrində prioritetləri müəyyən edən Əməkdaşlıq üzrə yol xəritəsi təsdiq edilib. Əldə olunmuş razılaşmalar nazirlərin 14-cü iclasının yekun Kommunikesinin imzalanması ilə rəsmi olaraq təsbit edilib. İşgüzar əlaqələrin gücləndirilməsi çərçivəsində həmçinin Qazaxıstanın Xarici Ticarət Palatası, Türk Dövlətlərinin Ticarət və Sənaye Palataları İttifaqı, Türk İnvestisiya Fondu və Milli Kooperativlər Assosiasiyası (NACOFEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bundan əlavə, təşkilata üzv dövlətlər arasında ticarət sahəsində tərəfdaşlıq və qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.