0

Qırğızıstan Milli Bankının sədri Melis Turqunbayev vəzifəsindən istefa verib.
Qırğızıstan KİV-lərinin məlumatına görə, bu barədə martın 18-də Joqorku Keneşin (parlament) spikeri Marlen Mamataliyev məlumat verib.
Spiker bildirib ki, M.Turqunbayev istefa ərizəsini öz istəyi ilə təqdim edib.
Onun sözlərinə görə, parlamentin müvafiq komitəsi yaxın zamanda məsələni müzakirəyə çıxaracaq.




