0

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-2026-cı illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi “RSM Azerbaijan” MMC seçilib.
Məlumata görə, qalib şirkətə audit xidmətlərinə görə 63 720 manat ödəniləcək.
Qeyd edək ki, 2023-2024-cü illər üzrə analoji sorğunun qalibi “Abacus Audit And Consulting” MMC olub. Həmin şirkətə isə 31 570 manat ödənilib.




