1

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti Fars körfəzi sahilində yerləşən Ras-Tannura neft emalı zavodunda (NEZ) fəaliyyətini bərpa edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, zavod martın 2-də pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində fəaliyyətini dayandırmışdı, lakin martın 13-də yenidən işə salınıb.
Qeyd edək ki, Ras-Tannura NEZ-in emal gücü sutkada 550 min barel təşkil edir.




