0

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 205,3 milyon manat gəlir əldə edilib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib. Bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.




