0

Çinin Dövlət Valyuta İdarəsi (SAFE) 2026-cı ilin mart ayı ilə bitən dövr üçün valyuta ehtiyatları məlumatlarını açıqlayıb.
BBN.az xəbər verir ki, ölkənin valyuta ehtiyatları mart ayının sonunda əvvəlki aya nisbətən 85,7 milyard dollar azalaraq 3,342 trilyon dollara düşüb.
Bəyanatda ABŞ dolları indeksinin mart ayında yüksəldiyi, qlobal maliyyə aktivlərinin qiymətlərinin isə düşdüyü qeyd edilərək, valyuta ehtiyatlarının azalmasının svop əməliyyatlarının və aktivlərin qiymətlərindəki dəyişikliklərin birgə təsiri nəticəsində yarandığı vurğulanıb.




