Home » Mərkəzi Bank “A-Solutions” MMC-ni 50 min manat cərimələyib

Mərkəzi Bank “A-Solutions” MMC-ni 50 min manat cərimələyib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

1 sentyabr – 17 oktyabr 2025-ci il tarixlərində təşkilatda keçirilmiş yerində yoxlama zamanı qanun pozuntuları aşkarlanıb.

Belə ki, yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Nəticədə “A-Solutions Elektron Pul Təşkilatı” MMC 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.