Home » “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsu şəhərində baş tutdu

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsu şəhərində baş tutdu

by yunus
0 comments 0 views 1 minutes read

3 iyul 2026-cı il tarixində Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ağsu Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının və Paşa Kapital investisiya şirkətinin iştirakı ilə Ağsu şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.

Tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları və Paşa Kapital investisiya şirkətinin Qiymətli kağız buraxılışında anderraytinq xidmətimövzularında təqdimatları olub.

Qeyd edək ki, bu, sayca iyirminci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, QubaŞəki, Zaqatala və Şirvan, Qusar və Mingəçevir şəhərlərində təşkil olunub. 

Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.