Home » “Bitcoin”in qiyməti 63 min dolları ötüb

“Bitcoin”in qiyməti 63 min dolları ötüb

by yunus
0 comments 0 views 1 minutes read

Kriptovalyuta bazarında son sutkada müsbət dinamika müşahidə olunub.

BBN.az xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 0,83% artaraq 2,19 trilyon dollara yüksəlib. CoinMarketCap 20 İndeksi (CMC20) isə 0,82% artaraq 129,68 bənd təşkil edib.

Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,69% bahalaşaraq 63 141,96 dollara yüksəlib. Ethereum 0,84% artımla 1 775,39 dollar, BNB isə 2,42% bahalaşaraq 583,82 dollar olub.

İlk onluqda yer alan digər kriptovalyutalardan Bitcoin Cash 1,50%, Bittensor 1,04% və Zcash 0,65% dəyər qazanıb. Monero isə 1,13% ucuzlaşıb.

Qeyd edək ki, bazar iştirakçıları risk iştahının artması fonunda əsas kriptovalyutalara tələbin yüksəldiyini, bunun da bazarın ümumi kapitallaşmasına müsbət təsir göstərdiyini qeyd edirlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.