
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədrinin birinci müavini Nodirbek Saydullayev ilə görüşüb.
Görüş zamanı innovativ maliyyə ekosisteminin formalaşdırılması və maliyyə texnologiyalarının inkişafı ilə bağlı mövcud yanaşmalar və gələcək perspektivlər müzakirə olunub.
Tərəflər, həmçinin maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən ixtisaslaşmış təşkilatların maliyyələşmə mənbələrinə çıxış imkanlarının artırılması məsələsini müzakirə ediblər.
Görüş çərçivəsində Azərbaycan və Özbəkistanın mərkəzi bankları arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları üzrə də fikir mübadiləsi aparılıb.





