
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 66,5 milyon ABŞ dolları dəyərində 59,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,7 milyon ABŞ dolları və ya 23,5%, həcm ifadəsində isə 8,1 min ton və ya 15,7% çoxdur.
Hesabat dövründə sözügedən məhsulların qeyri-neft sektoru üzrə ixracda payı 1,1%, ölkənin ümumi ixracında payı isə 0,3% təşkil edib.
Qeyd edək ki, ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon ABŞ dolları olub. Bunun 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb.
Nəticədə ölkənin xarici ticarətində 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.





