Home » AMB “Embafinans” və “Caspian İnvest”i cərimələyib

AMB “Embafinans” və “Caspian İnvest”i cərimələyib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “Embafinans” QSC və “Caspian İnvest” MMC bank olmayan kredit təşkilatında (BOKT) qanunvericiliyin tələblərinin pozulması ilə bağlı tədbir görüb.

Kredit təşkilatlarında aparılan cari nəzarət tədbirləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib.

Pozuntularla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Embafinans” QSC 20 min manat, onun vəzifəli şəxsi isə 4 min manat məbləğində cərimələnib.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Caspian İnvest” MMC-nin vəzifəli şəxsinə 2 min manat məbləğində cərimə tətbiq edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.