Home » Unibank bankomat şəbəkəsini yeniləyir

Unibank bankomat şəbəkəsini yeniləyir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Unibank müştərilərə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə bankomat şəbəkəsinin yenilənməsi və genişləndirilməsi istiqamətində işləri davam etdirir. Hazırda Bank ölkə üzrə 187 aktiv UTM ilə Azərbaycanın 3-cü ən geniş bankomat şəbəkəsinə sahibdir.

İlin sonunadək Unibank UTM-lərinin sayının 200-ü ötməsi planlaşdırılır. Bu addım müştərilərin nağd pul, mədaxil, valyuta mübadiləsi və digər bank xidmətlərinə daha rahat çıxışını təmin etməyə yönəlib.

Unibank UTM-lərinin əsas üstünlükləri:

Geniş əməliyyat imkanları — müştərilər UTM-lər vasitəsilə mədaxil, məxaric, eləcə də USD və EUR-dan AZN-ə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilirlər.

Rahat istifadə təcrübəsi — bankomatlar NFC dəstəyi və toxunma ekranı ilə təchiz olunub. Bu da əməliyyatların daha sürətli və rahat aparılmasına imkan yaradır.

Yüksək məxaric limiti — müştərilər bir əməliyyat çərçivəsində 200 əsginasa qədər, məbləğ olaraq isə 19 500 AZN və ekvivalentində məxaric edə bilirlər.

Təhlükəsiz əməliyyat mühiti — Unibank UTM-ləri EMVCo və PCI DSS standartlarına uyğun yüksək təhlükəsizlik tələbləri əsasında fəaliyyət göstərir.

Daha geniş əlçatanlıq — bankomatların həm şəhər mərkəzlərində, həm də əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirilməsi davam etdirilir.

Yeni funksionallıqlar — növbəti mərhələdə UTM-lərə cari hesaba mədaxil, AzQR vasitəsilə QR əməliyyatları, kredit ödənişləri və ikitərəfli valyuta mübadiləsi imkanlarının əlavə edilməsi nəzərdə tutulur.

Unibank bankomat şəbəkəsinin coğrafiyasını da genişləndirməyi planlaşdırır. Yaxın dövrdə Qəbələ və Yevlax şəhərlərində yeni UTM-lərin istifadəyə verilməsi nəzərdə tutulur.

Unibank bankomat xidmətlərinin keyfiyyətinin artırılmasına da xüsusi önəm verir. Hazırda UTM əməliyyatları zamanı yaranan problemlərlə bağlı müraciətlərin 72 %-i bir gün ərzində həll edilir. Bank bu göstəricini növbəti mərhələdə 78 %-ə çatdırmağı hədəfləyir.

Unibank- Sənin Bankın!

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.