Home » “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılmışdır

“Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılmışdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Cari ilin 15 aprel tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılmışdır. Əhalidə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və nağdsız ödənişlərə təşviq edilməsi məqsədilə reallaşdırılan lotereya mart ayının 1-dən etibarən start götürmüşdür.

Lotereyanın 1-ci tirajının keçirildiyi dövrdə Azərbaycan Respublikası ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək hər bir əməliyyata bir şans qazanmışlar.

Ümumilikdə, tiraj dövrü olan mart ayında lotereya şərtlərinə uyğun olan 182 002 ödəniş kartı ilə aparılmış 867 690 əməliyyat lotereyanın 1-ci tirajına daxil edilmişdir.

Lotereyanın uduş fondu 1-ci tiraj üzrə 149 qalibin hər birinə 100 (bir yüz) manat təşkil etmişdir. Uduş haqda kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcəkdir.

Qaliblərin siyahısı ilə Mərkəzi Bankın veb saytında tanış olmaq olar: https://www.cbar.az/page-179/pay-with-visa-and-earn

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.