Home » Ən böyük publik şirkətlər hansılardır? – RENKİNQ

Ən böyük publik şirkətlər hansılardır? – RENKİNQ

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

“Forbes” jurnalı özündə 2020-ci il üzrə dünyanın ən böyük 2000 publik şirkətini cəmləşdirən hesabatı yayıb. Hesabat əsasən dörd fundamental göstərici əsasında tərtib edilir: Satışlar, Mənfəət, Aktivlər və Bazar Dəyəri.

Hesabatda diqqət çəkən əsas məqam odur ki, ən böyük 2000 şirkətin məcmu bazar dəyəri ötən ilin hesabatına nisbətdə 4.4%, mənfəəti isə 2.9% azalıb. Digər tərəfdən isə satışların ümumi həcmi 2.7%, aktivləri isə 7.9% artıb.

Siyahıda ötən ilki kimi hegemonluğunu qoruyan ABŞ və Çin Xalq Respublikasının renkinqdə yer alan şirkətləri müvafiq olaraq 13 və 15 şirkət artıb. Siyahıda ən böyük irəliləyişlərə nəzər saldıqda isə, “CVS” (2019: 409-cu yer; 2020: 40-cı yer) və “General Electric” (2019: 388-ci yer; 2020: 53-cü yer) şirkətləri fərqləndiyini müşahidə etmək olar. Siyahının ilk onluğu isə aşağıdakı kimidir:

Sıra Şirkət Ölkə Satışlar Mənfəət Aktivlər Bazar dəyəri
1 ICBC Çin $177.2 milyard $45.3 milyard $4,322.5 milyard $242.3 milyard
2 China Construction Bank Çin $162.1 milyard $38.9 milyard $3,822 milyard $203.8 milyard
3 JPMorgan Chase ABŞ $142.9 milyard $30 milyard $3,139.4 milyard $291.7 milyard
4 Berkshire Hathaway ABŞ $254.6 milyard $81.4 milyard $817.7 milyard $455.4 milyard
5 Agricultural Bank of China Çin $148.7 milyard $30.9 milyard $3,697.5 milyard $147.2 milyard
5 Saudi Aramco Səudiyyə Ərəbistanı $329.8 milyard $88.2 milyard $398.3 milyard $1,684.8 milyard
7 Ping An Insurance Group Çin $155 milyard $18.8 milyard $1,218.6 milyard $187.2 milyard
8 Bank of America ABŞ $112.1 milyard $24.1 milyard $2,620 milyard $208.6 milyard
9 Apple ABŞ $267.7 milyard $57.2 milyard $320.4 milyard $1,285.5 milyard
10 Bank of China Çin $135.4 milyard $27.2 milyard $3,387 milyard $112.8 milyard

Tam siyahıya buradan nəzər yetirə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.