Home » Cari ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalıb

Cari ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə bir çox ölkələrdə karantin rejiminin nisbətən yumşalması, eləcə də geniş fiskal və monetar stimul tədbirlərinin reallaşdırılması iqtisadi bərpaya və bazarlara müsbət impulslar vermişdir. Bununla belə koronavirus pandemiyasının neqativ təsirləri nəticəsində qlobal iqtisadi aktivlik göstəriciləri son dekadaların tarixi minimumlarına yaxın səviyyələrdə qalır.

Tələbin nisbətən artması, eləcə də aprel ayında əldə olunmuş OPEK++ razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlamışdır. İyunun ötən dövründə brent neftinin orta qiyməti 40$ olmuşdur ki, bu da mayın orta qiymətindən (32.5$) 23%, aprelin orta qiymətindən isə (27.1$) 48% yüksəkdir.

Cari ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalsa da xarici ticarət balansı profisitli qalmışdır. İdxalda azalma meyilləri xarici balansa tarazlaşdırıcı təsir göstərir. Qeyd olunanları nəzərə almaqla I yarımilliyin yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.