Home » Könüllülərlə “İnformasiya təhlükəsizliyi: gənclər sosial mediada” mövzusunda videokonfrans keçirilib

Könüllülərlə “İnformasiya təhlükəsizliyi: gənclər sosial mediada” mövzusunda videokonfrans keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun könüllülərlə “İnformasiya təhlükəsizliyi: gənclər sosial mediada” mövzusunda görüşü keçirilib. Sədr Rövşən Məmmədov könüllülərlə aparılan onlayn müzakirə zamanı sosial medianını imkanlarından düzgün istifadə etməyin əhəmiyyətindən danışıb. O bildirib ki, cəmiyyətin daha innovativ və effektiv təbəqəsi kimi gənclər bu istiqamətdə daha məlumatlı və tədbirli olmalıdırlar

Videokonfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri ilə yanaşı Miqrasiya könüllüləri, ASAN könüllüləri, DOST könüllüləri, QİDA könüllüləri, Könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri, nəqliyyat könüllüləri də olmaqla müxtəlif könüllü təşkilatlarından 100-ə yaxın gənc iştirak edib.

Müzakirənin sonunda Rövşən Məmmədov könüllülərin suallarını cavablandırıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.