Home » Unibank daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu

Unibank daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfəbank Bakı sakini Şahin İbrahimovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Şahin İbrahimov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bankəməkdaşları ona biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Şahin İbrahimov özünüməşğulluq layihəsinin bütün tərəfdaşlarına minnətdarlığını bildirib: “Bu gün ailəmiz üçün çox əlamətdar bir gündür. İllərdir bu layihəni həyata keçirmək istəsəm də, maddi vəsaitim olmadığından arzu olaraq qalırdı. Şəxsi biznesi olmaq, ailənin daimi gəlir mənbəyinin olması, ailənlə bağlı planları, arzuları rahatlıqla həyata keçirmək deməkdir. Bu dəstəyə görə “Unibank”a və layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.