![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyevin könüllülərlə “Azərbaycanın xarici siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda görüşü keçirilib. Videokonfrans formatında keçirilən görüşdə sədr Fərid Şəfiyev Azərbaycanın beynəlxalq müstəvidə apardığı uğurlu siyasətdən, Ermənistan-Azərbaycan münaqişəsi istiqamətində aparılan danışıqlar prosesinin son mərhələsindən, Azərbaycanın beynəlxalq diplomatiyasının uğurlarından, gündəmdə olan problemlərdən və həll edilməli olan məsələlərdən danışıb.
Könüllülər də öz növbəsində sədrlə mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.
Videokonfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri ilə yanaşı ASAN könüllüləri, DOST könüllüləri, Könüllü gömrükçülər, Miqrasiya könüllüləri, “Bir” Tələbə-Könüllüləri, Aqrar İnkişaf Könüllüləri, QİDA könüllüləri, Nəqliyyat könüllüləri də olmaqla müxtəlif könüllü təşkilatlarından 60-dan artıq gənc iştirak edib.