Home » “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin Yekun Konfransı keçirilib

“Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin Yekun Konfransı keçirilib

by bbnadm
0 rəy 4 baxış 2 dəqiqə oxuma

03 mart 2021 – Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin  Yekun Konfransının keçirilməsinielan etməkdən məmnundur.

ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək vermək olmuşdur. Layihənin spesifik məqsədi Gəncə – Qazax, Quba – Xaçmaz, Şəki – Zaqatala və Kür – Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirmək olmuşdur. 

          Layihənin 30 aylıq müddətində 510 nəfər Maliyyə Savadlılığı təlimlərində iştirak edərək maliyyə vəsaitlərinin idarəedilməsində bilik və bacarıqlarını gücləndirmiş, 159 nəfər  “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində iştirak edərək şəxsi bizneslərinə aid biznes planlar tərtib etmiş, 50 nəfər Kooperativlərin yaradılmasına dair təlimlərdə iştirak etmiş və nəticədə 3 kooperativ yaradılmış, 113 sahibkar yeni biznesə başlamaq və yaxud mövcud biznesi genişləndirmək üçün sərmayə kapitalı ilə təmin olunmuşdurlar.

Tədbir zamanı Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri zati aliləri səfir Kestutis Yankauskasın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti cənab Məmməd Musayevin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri cənab Cəlal Əliyevin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri cənab Orxan Məmmədovun, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) müdir müavini xanım Katarzina Pavlakın, Turan Bank ASC-nin İdarə heyətinin sədri cənab Fəzail Musayevin, Azərbaycan Arıçılar Assosiasiyasının sədri cənab Bədrəddin Həsrətovun, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayevanın iştirakları gözlənilir.

ADSMİRRA layihəsinin Yekun Konfransını canlı yayımda izləmək üçün 04 mart 2021-ci il saat 10:00-da www.facebook.com/AMFA.Azerbaijan qoşulmağa dəvət edirik!

Bu tədbirlə bağlı sualınız olarsa, əlaqə saxlayın: Sevinc Rüstəmova, layihə rəhbəri – program@amfa.az

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.