Home » Dənizdə külək enerjisindən istifadənin inkişafı planları müzakirə edilib

Dənizdə külək enerjisindən istifadənin inkişafı planları müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı çərçivəsində Energetika Nazirliyi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və beynəlxalq məsləhətçi şirkətin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Dənizdə külək enerjisi potensialından istifadəni zəruri edən amillərdən və bu istiqamətdə BMK ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dövlət başçısı tərəfindən “yaşıl enerji” konsepsiyasının hazırlanması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. “Ölkənin sosial-iqtisadi inkişaf prioritetlərindən biri olan “yaşıl artıma” nail olunması, eləcə də 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması dənizin külək imkanlarının enerjiyə çevrilməsi istiqamətində də fəaliyyəti aktuallaşdırır. BMK ilə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsi və Yol Xəritəsinin hazırlanması üzrə əməkdaşlığımız yaşıl enerji ilə bağlı hədəflərimizə töhfə verəcəkdir.”

Dünya Bankının ölkə üzrə meneceri Sarah Michael isə bildirib ki, Dünya Bankı BMK ilə birlikdə dənizdə külək enerjisinin inkişafına, bu sahəyə investorların cəlbinə, Azərbaycanın dekarbonizasiya ilə bağlı məqsədlərinə dəstək verməyə hazırdır.  

Sonra IFC və məsləhətçi şirkət tərəfindən hazırlanmış dənizdə külək enerjisi layihəsinin inkişaf ssenarilərinin təqdimatı nəzərdən keçirilib. Müxtəlif ssenarilər üzrə layihələrin gözlənilən iqtisadi, maliyyə, ekoloji və sosial göstəriciləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dünyada dənizdəki külək enerjisinə maraq artmaqdadır. Bu da külək turbinlərinin quraşdırılması ilə istehsal olunan elektrik enerjisinə çəkilən xərclərin getdikcə azalması ilə izah edilir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun yaxın vaxtlarda imzalanması planlaşdırılır. Anlaşma Memorandumu ilə nəzərdə tutulan işlər BMK-nın “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” – ESMAP çərçivəsində maliyyələşdirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.