Home » SKSP rezidentinin ixrac istiqamətləri genişlənir

SKSP rezidentinin ixrac istiqamətləri genişlənir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir. Belə ki, “Azertexnolayn” MMC ilk dəfə olaraq HDPE borularının (təzyiqli su boruları) İtaliyaya ixracına başlayıb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. “Azertexnolayn” MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, əsasən MDB və region ölkələrinə ixrac edilir.                  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.