Home » Milli Məclis “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib

Milli Məclis “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

8 iyun 2021-ci il tarixində «Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24124,0 mln. manat proqnoza qarşı 24681,7 mln. manat və ya 102,3 faiz icra, dövlət büdcəsinin xərcləri 27492,2 mln. manat proqnoza qarşı 26416,3 mln. manat və ya 96,1 faiz icra edilib.

Strukturuna görə 2020-ci il dövlət büdcəsi xərclərinin 16656,9 mln. manatı və ya 63,1 faizi cari xərclərə, 8033,2 mln. manatı və ya 30,4 faizi əsaslı xərclərə, 1726,2 mln. manatı və ya 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2020-ci il dövlət büdcəsinin kəsiri 1734,6 mln. manat  təşkil etmişdir ki, bu da proqnozlaşdırılan kəsrdən 1633,5 mln. manat az olmuşdur.

2020-ci ilin sonuna vahid xəzinə hesabının sərbəst qalığı 1526,1 mln. manat təşkil etmişdir.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.