Home » Şəhidlərin və rabitəçi qazilərin övladları üçün yelkənli idman növünə dair təlim keçirilib

Şəhidlərin və rabitəçi qazilərin övladları üçün yelkənli idman növünə dair təlim keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Yelkənli İdman Federasiyası və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhidlərin və rabitəçi qazilərin övladları üçün yelkənli idman növünə dair təlim keçirilib.

8-16 yaşlı 20 iştirakçının qatıldığı təlim 25 iyun – Dənizçi Günü və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 illiyinə həsr edilib.

Məqsəd uşaqların yelkənli idmanla tanış olması, bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatlandırılması olub.

Tədbirdə şəhidlərin və rabitəçi qazilərin övladlarına yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsi üsulları öyrədilib.

Eyni zamanda, açıq dənizdə yelkənli qayıqlarla gəzintinin, sahildə əyləncəli oyunların təşkili uşaqların sevincinə səbəb olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.