Home » Azərbaycan alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda nəşr olunub

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda nəşr olunub

by bbnadm
0 comments 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Mərkəzin Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərovanın “Xammal ixrac edən iqtisadiyyatda real effektiv məzənnənin tarazlığı: Azərbaycan təcrübəsi” mövzusunda birgə hazırladıqları məqalə beynəlxalq  “Science, Technologies, Innovations” jurnalında nəşr olunub.  Məqalədə neftlə zəngin iqtisadiyyatlarda real effektiv məzənnənin tarazlığı və Azərbaycan nümunəsində pul siyasətinin adekvatlığı məsələləri əhatə olunub.

Real effektiv məzənnənin tarazlığı regresiya əsaslı modeldə qiymətləndirilərək, son iyirmi ildə Azərbaycanın xarici ticarət balansı və məzənnə tarazlığından kənarlaşmalar təhlil edilib. Müəlliflər real effektiv məzənnənin tarazlığını elmi prinsiplərə əsaslanan metodoloji yanaşma tətbiqi ilə təhlil edərək, devalvasiyadan bir neçə il sonra Azərbaycanın milli valyutasının qiymələndirilməsinə dair hesablamalar təqdim ediblər.

Məqalə ilə təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz:

https://bit.ly/3AC9kAv

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.