

24 fevral 2025 – ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) və Dövlət Vergi Xidmətinin (DVX) rəhbər nümayəndələrinin iştirakı ilə Fatca/CRS tələbləri ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə həmçinin ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayens üzrə Ekspert Qrupu”nun üzvləri də iştirak etmişdir.
Görüş zamanı ABA Komplayens Expert qrupunun rəhbəri Anar Kərimov Fatca/CRS tələbləri ilə əlaqədar bir sıra çətinliklərin yaşandığını qeyd etmiş, bu çətinliklərin aradan qalxması üçün optimallaşdırıcı həllərin əldə edilməsi yönündə təkliflər vermişdir.
Sonda bu istiqamətdə qarşılıqlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.
Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.