Home » ABA ilə Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası arasında görüş keçirilib

ABA ilə Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası arasında görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

17 oktyabr 2022-ci il tarixində İslam İnkişaf Bankının törəmə qurumu olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) nümayəndə heyəti ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) nümayəndələri arasında görüş keçirilib.

İclasda missiyanın nümayəndə heyətinin sədri Hamady Soma Ba, Yans Baqa Adian (menecer, kredit və strukturlaşdırma departamenti), Daud Mohamed Osman (baş menecer, komplayns departamenti) və Hocamurod Hocayev(əlaqələr üzrə menecer,MDB),  ABA tərəfdən isə, icraçı direktor Yunus Abdulov və ABA nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının (“Kredit işi”, “Komplayns”, “Ticarət və layihə maliyyələşdirilməsi”, “Xəzinədarlıq və Fondların İdarəedilməsi”, “Risk”) sədrləri və üzvləri iştirak ediblər.

Görüşdə Azərbaycanda ticarətin maliyyələşdirilməsi, kiçik və orta biznesə dəstək imkanlarının genişləndirilməsi və digər potensial əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb. Müzakirələr çərçivəsində, illik ticarətin maliyyələşdirilməsi üzrə 6.5-7 milyard USD həcmində dövriyyəyə malik İTFC-nin bir müddət öncə yerli banklarla əməkdaşlıq etdiyi və hazırda bank-maliyyə sisteminin inkişaf tempini nəzərə alaraq əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olduqlarını  bildirmişlər. Eyni zamanda İTFC-nin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və idxalına maliyyə dəstəyinin göstərilməsinə də maraqlı olduqlarını bildiriblər.

Yunus Abdulov öz çıxışında Azərbaycanda bank-maliyyə sistemi haqqında məlumat vermişdir, daha sonra isə əlaqədar mövzu ətrafında fikir mübadiləsi aparılmış və əlaqədar suallar cavablandırılmışdır. 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.