Home » ABA: Mikro biznes kreditlərinin yarıdan çoxu artıq təminatsız verilir

ABA: Mikro biznes kreditlərinin yarıdan çoxu artıq təminatsız verilir

by yunus
0 comments 13 views 1 minutes read

Azərbaycan bank sektorunda biznes kreditlərinin strukturu daha çevik və inklüziv modelə doğru dəyişir.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, son üç ildə kredit portfelinin strukturunda diqqətçəkən dəyişiklik baş verib.

“2023-cü ilin sonunda biznes kreditlərinin 45,9%-i təminatlı, 33,8%-i qismən təminatlı, 20,3%-i isə təminatsız olub. 2025-ci ilin sonunda isə təminatsız kreditlərin payı 24,9%-ə yüksəlib”, – deyə o qeyd edib.

ABA prezidentinin sözlərinə görə, mikro sahibkarlıq seqmentində bu dinamika daha da qabarıq görünür.

“2023-cü ildə mikro kreditlərin 41,3%-i təminatsız olduğu halda, 2025-ci ildə bu göstərici 54,8%-ə çatıb”, – deyə o bildirib.

Z.Nuriyev qeyd edib ki, bu dəyişikliklər mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, bank sektoru qismən təminatlı və təminatsız kredit alətlərinin payını artırmaqla sahibkarlığın maliyyələşdirilməsini daha əlçatan edir.

ABA rəhbəri bildirib ki, bu istiqamətdə dövlət proqramları və Mərkəzi Bankın siyasəti də mühüm rol oynayır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.