Home » ABA-nın Ekspert qrupu və DVX nümayəndələri arasında görüş keçirilib

ABA-nın Ekspert qrupu və DVX nümayəndələri arasında görüş keçirilib

by bbnadm
0 rəy 3 baxış 1 dəqiqə oxuma

21 fevral 2023-cü il tarixində  “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri və Dövlət Vergi Xidməti nümayəndələrinin iştirakı ilə birgə onlayn iclas keçirilmişdir. 

İclas zamanı “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanunun tələblərinin həyata keçirilməsi effektivliyinin artırılması, o cümlədən elektron ticarət fəaliyyəti həyata keçirən qeyri-rezidentlərlə əlaqədar bir sıra məsələlər müzakirə edilmişdir.

Sonda bu istiqamətdə qarşılıqlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.