Home » ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır – Foto

ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır – Foto

by anar
0 rəy 101 baxış 8 dəqiqə oxuma

Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə 22-24 noyabr 2023-cü il tarixində ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun  üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Problemli kreditlərlə bağlı məhkəməyədək və məhkəmə icraatı (iddia müddətləri daxil olmaqla), habelə icra təcrübəsi (bir kredit üzrə müxtəlif ölkələrdə yerləşən borclularla bağlı məhkəmə çəkişmələri və icra işləri də daxil olmaqla);
  • Banklar daxilində hüquqi və uyğunluq riskləri, yerli bankların vəzifə bölgüsünə necə nail olması, Problemli kreditlərin məhkəmədənkənar həlli üsulları (arbitraj, vasitəçilik, ombudsman xidmətləri kimi);
  • Elektron məhkəmə sistemi və onun məlumat inteqrasiyası;
  • Bank fəaliyyətində korporativ idarəetmə standartlarının tətbiqi üzrə hüquqi baza və praktiki təcrübə;
  • Banklarda hüquqi risklərin idarə edilməsi;
  • Banklar daxilində hesabatlılığın yaradılmasında nəzərə alınan amillər;
  • Mülki qanunvericilikdə bank fəaliyyətini tənzimləyən qaydalar;
  • Müqavilə və biznes hüququ;
  • Yerli banklar məhkəmə çəkişmələri və müqavilələrin idarə edilməsi üzrə iş axınını necə rəqəmsallaşdırırlar;
  • Mərkəzi Bankın nəzarət funksiyası və Macarıstan Mərkəzi Bankı ilə özəl banklar arasında hüquqi qarşılıqlı əlaqə;
  • Elektron bankçılıq, distant bank xidmətlərinin göstərilməsi və rəqəmsallaşdırmanın hüquqi tənzimlənməsi və əsasları;
  • Qeyri-qanuni əməliyyatların hüquqi tənzimlənməsi (çirkli pulların yuyulmasına qarşı mübarizə – AML);
  • Bankda hüquqi və problemli kreditlər departamentləri daxilində struktur və vəzifə bölgüsündə nəzərə alınan amillər;
  • Məhkəmə perspektivinin öyrənilməsində süni intellektin tətbiqi;
  • Kreditin, o cümlədən sindikatlaşdırılmış kreditlərin hüquqi aspektləri;
  • Etibarnamə ilə bank əməliyyatlarının aparılması (məhdudiyyətlər və mövcud təcrübələr də daxil olmaqla).

Səfər çərçivəsində 24 nəfərlik geniş iştirakçı qrupu ilə  aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. Gránit Bank Plc;
  2. OTP Bank Plc;
  3. MBH Bank Plc;
  4. UniCredit Bank Hungary Plc;
  5. Raiffeisen Bank Plc;
  6. Erste Bank Hungary Plc

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.