Home » ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

15 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. Görüşdə Ekspert Qrupunun bankların rəhbər şəxslərindən ibarət olan üzvləri iştirak edib.

İclasda “Azərbaycan Respublikası İcra Məcəlləsi”nin layihəsinə, habelə bundan irəli gələn digər qanun, fərman layihələrinə edilmiş təkliflərin müzakirəsi aparılmış, təkliflərə münasibət bildirilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.