Home » ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti online iclası keçirilib

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti online iclası keçirilib

by bbnadm
0 comments 0 views 1 minutes read

17 iyun 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nunnövbəti online iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib.

İclasda bankları maraqlandıran cari məsələlərin hüquqi həllinin, Ali Məhkəmədə qarşıdakı günlərdə baxılacaq proseslər üzrə hazılanacaq hüquqi rəylərin və digər cari məsələlərin müzakirəsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.