Home » ABA-nın icraçı direktoru Macarıstan Banklar Assosiasiyasının yaranmasının 35-ci ildönümü tədbirində çıxış edib – Foto

ABA-nın icraçı direktoru Macarıstan Banklar Assosiasiyasının yaranmasının 35-ci ildönümü tədbirində çıxış edib – Foto

by ulviyya
0 rəy 7 baxış 1 dəqiqə oxuma

10 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Macarıstan Banklar Assosiasiyasının (MBA) yaranmasının 35-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edib.

İcraçı direktor çıxışında bank sektoru da daxil olmaqla, ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini qeyd edib.

O, 20 aprel 2023-cü il tarixində ABA ilə MBA arasında əməkdaşlığa dair Memorandumun imzalanmasını xatırladıb və əlavə edib ki, Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin təşkili, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və qarşılıqlı razılıq çərçivəsində bank-maliyyə sektoru ilə əlaqədar digər tədbirlər həyata keçirilməkdədir.

“Macarıstanın Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasında müşahidəçi qismində iştirakı Macarıstan və Türkdilli dövlətlər arasında sıx münasibətlərin olduğunu bir daha sübut edir”, – deyə o, çıxışında əlavə edib.

Qeyd edək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.