Home » ABA-nın “İnsan Resurslarının İdarə Edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başlamışdır

ABA-nın “İnsan Resurslarının İdarə Edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başlamışdır

by Aytac
0 comments 44 views 1 minutes read

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiyə Banklar Birliyinin dəstəyi ilə 12-15 sentyabr 2023-cü il tarixlərində ABA-nın “İnsan Resurslarının İdarə Edilməsi Ekspert Qrupu”nun  üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutub.

Səfər çərçivəsində iştirakçılar Türkiyə banklarının işçi ehtiyaclarının müəyyən edilməsi, qiymətləndirmə, motivasiya sistemi, növləri, prinsipləri, seçim proseduru, tətbiqi, işə qəbul prosesi, uyğunlaşma, təlim və inkişaf, Rescilling və Retention programları, İT komandalarının effektivliyinin ölçülməsi, təkmilləşdirilməsi və saxlanılması, HR rəqəmsallaşdırılması, filialların idarə edilməsi, Data HRM, performansın idarə edilməsi və KPI sistemləri üzrə təcrübəsi ilə tanış olacaqlar.

20 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. Yapı Kredi Bankası;
  2. Aktif Bank;
  3. AkBank;
  4. Kuveyt Bank;
  5. Deniz Bank;
  6. Halk Bankası;
  7. QNB Finansbank;
  8. Ziraat Bankası

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.