Home » ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun Budapeşt-Vyana səfəri baş tutmuşdur – Foto

ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun Budapeşt-Vyana səfəri baş tutmuşdur – Foto

by ulviyya
0 rəy 33 baxış 1 dəqiqə oxuma

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 21-24 may 2024-cü il ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Budapeşt-Vyana səfəri başa çatmışdır.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  1. Banklarda rəqəmsallaşma problemlərinə həllər. Bank sistemlərinin inkişaf strategiyaları və yanaşmaları;
  2. Banklarda İT idarəetməsi və İT memarlıq təcrübəsi;
  3. Blokçeyn əsaslı məhsullar və onların tətbiqi;
  4. Real GenAI həllərinin istifadəsinin nümunələri;
  5. DevSecOps tətbiqinin praktikası;
  6. “Fraud/Infosec” təcrübələrinin məhsul inkişafına tətbiqi;
  7. “AML”, “Fraud”, “Cyber”, “Data” və “Technology” arasındakı sinerji;
  8. GRC (Governance, Risk, Compliance) həlləri;
  9. “Incident Management” praktikasının bankda tətbiqi;
  10. İT audit praktikaları, texnikaları və alətləri istifadə edilməsi.

14 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər və səfərlər təşkil edilmişdir:

  1. Erste Bank Hungary
  2. Raiffeisen Bank International AG
  3. Erste Group Bank AG
  4. Austrian National Bank
  5. Cyber security workshop with Szabolcs Hallai
  6. BAWAG Group

Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.