Home » ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır – Foto

ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır – Foto

by ulviyya
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı (ABTC), Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Türkiyə Banklar Birliyinin dəstəyi ilə 5-7 iyun 2024-cü il tarixlərində ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar “Müştəri şikayətlərinin idarə edilməsi, operativ cavablandırma üsulları və əvvəldən sona qədər prosesin təsviri”, “Müştəri şikayətlərinə baxan bölmənin gördüyü işlər”, “Tez-tez meydana gələn müştəri şikayətləri və bu şikayətlərin proaktiv həll edilməsi yolları”, “İstehlakçıların hüquqlarının müdafiəsi, müştəri müraciətlərinin hüquqi tənzimlənməsi və müraciətlərin cavablandırılması zamanı məxfilik amilləri”, “Agile” yanaşmada müştəri məmnuniyyəti”, “Müştəri məmuniyyəti üzrə daxili nəzarət, eyni zamanda keyfiyyətə nəzarət və audit yoxlamalarının təşkili”, “Müştəri şikayətlərinin nüfuz riskinə təsiri”, “Müştəri müraciətlərinin araşdırılması prosesində rəqəmsallaşma (CRM sistemləri, chatbot-lar, onlayn “feedback” platformaları və analitik alətlər), vahid reyestr və süni intellektin tətbiqi” və s. mövzular ilə tanış olmuşlar.

22 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər baş tutmuşdur:

  1. Halk Bankası;
  2. İş Bankası;
  3. Kuveyt Türk Bankası;
  4. DenizBank;
  5. Bankacılık Düzenleme ve Denetleme Kurumu

Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-ə yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.