Home » ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb

ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb

by khayale
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Qeyd edək ki, 29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti üzvlərinin Ümumi Yığıncağı keçirilmişdir.

Yığıncaqda, ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG & Sustainable banking Expert Group) yaradılmışdır və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılmışdır. Eyni zamanda, “Kredit işi Ekspert Qrupu”nun daxilində fəaliyyəti nəzərdə tutulan alt Ekspert Qrupları “Mikro Kreditləşmə İşçi Qrupu” və “Pərakəndə Bankçılıq İşçi Qrupu” yaradılmışdır.

Yeni yaranmış “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”na “ABB” ASC-nin Strategiya Ofisinin direktoru Vüsal Şahverdiyevin, “Pərakəndə Bankçılıq İşçi Qrupu”na “ABB” ASC-nin Pərakəndə Kreditləşmə sahəsinin rəhbəri Eldar Xubanlının və  “Mikro Kreditləşmə İşçi Qrupu”na “Yelo Bank” ASC-nin Mikro Biznes Müştəriləri departamentinin direktoru Yaşar Soltanovun sədrliyi təsdiq edilmişdir.

İclas zamanı Ekspert Qruplarının fəaliyyətləri ilə əlaqədar müzakirələr aparılmış, qrup sədrlərinin Ekspert qrupları ilə bağlı gələcək planları dinlənilmiş və iclas iştirakçılarının rəy və təklifləri səsləndirilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.