Home » ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun onlayn görüşü keçirilmişdir

ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun onlayn görüşü keçirilmişdir

by bbnadm
0 comments 5 views 1 minutes read

17 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” nümayəndələri ilə Azərbaycan Respublikası Mərkəzi Bankının aidiyyəti struktur bölməsi arasında Ani Ödənişlər Sistemində baş verə biləcək fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizə tədbirləri mövzusunda onlayn görüş keçirilmişdir.

Görüş zamanı Ani Ödənişlər Sisteminin texniki imkanlarına, fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə görülən tədbirlərə və birgə əməkdaşlıq istiqmətlərinə toxunulmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.