Home » ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri arasında onlayn görüş keçirilmişdir

ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri arasında onlayn görüş keçirilmişdir

by anar
0 comment 4 views 1 minutes read

04 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri arasında “Microsoft Teams” platforması üzərindən onlayn görüş keçirilmişdir.

Onlayn iclas çərçivəsində vətəndaşlar arasında bank kartlarından təhlükəsiz istifadə, eləcə də bank xidmətlərindən istifadə zamanı əməl edilməsi vacib olan kibergigiyena qaydaları barədə vətəndaşların maarifləndirilməsi istiqamətində ETX-nın nümayəndələri ilə Qrupun ekspertləri arasında müzakirə həyata keçirilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.