ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri arasında onlayn görüş keçirilmişdir

04 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri arasında “Microsoft Teams” platforması üzərindən onlayn görüş keçirilmişdir.

Onlayn iclas çərçivəsində vətəndaşlar arasında bank kartlarından təhlükəsiz istifadə, eləcə də bank xidmətlərindən istifadə zamanı əməl edilməsi vacib olan kibergigiyena qaydaları barədə vətəndaşların maarifləndirilməsi istiqamətində ETX-nın nümayəndələri ilə Qrupun ekspertləri arasında müzakirə həyata keçirilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı